Türkiyədəki yatırımlarımız vasitəsilə ölkənin neft-kimya məhsullarına tələbatının 3,5%-ni ödəyə biləcəyik.
Bunu “Petkim Petrokimya Holding. A.Ş”-nin baş icraçı direktoru Anar Məmmədov Uludağ İqtisadi Zirvəsinsı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Petkim” Türkiyənin Ege bölgəsinin ən böyük ixracat şirkəti olaraq qalmaqdadır: “Burada əsas və önəmli amil budur ki, bizim investisiyalar birbaşa və dolayı olaraq 150 min insanı işlə təmin olunmasına şərait yaradır”.
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsindən danışan A. Məmmədov bildirib ki, 2018-ci ildə bu layihə ilə Türkiyəyə ilk qazın çatdırılması planlaşdırılır: “TANAP istismara verildikdən sonra bu layihə Türkiyənin təbii qaz ixracatında böyük paya sahib olacaq.
Qeyd edək ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir.
Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.