2020-ci ildə müxtəlif amillərin ((COVID-19, ticarət müharibələri və s.) təsiri ilə bazar şərtləri əlverişli olmasa da, STAR neft emalı zavodu aşağı gəlirlikli mühitdə güclü maliyyə mövqeyini qoruyub saxlamağa nail olub.
FED.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan bunu “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə bildirib.
Onun sözlərinə görə, bu il STAR götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirə bilib.
"Petkim” və STAR-ın kreditlərinin ödənilməsində heç bir problem yaşanmayıb. Gələn il də ödənişləri vaxtında həyata keçirəcəyik”, - deyə A.Məmmədov qeyd edib.
O əlavə edib ki, neft emalı zavodunun inşası üçün cəlb edilmiş kredit üçün 2021-ci ildə 361 milyon dollar ödəniş həyata keçiriləcək.