ABŞ-ın aparıcı şist nefti istehsalçısı “Chesapeake Energy” şirkəti iflasdan qorunmaq üçün məhkəməyə müraciət edib.
Eləcə də bax: "Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq"
FED.az xəbər verir ki, iflasdan qorunması üçün müraciət etməklə şirkət enerjiyə tələbatda virusun səbəb olduğu qlobal kiçilmə nəticəsində yaranan dağılmanın ən böyük qurbanlarından biri olub.
Mərkəzi ofisi Oklahomada yerləşən şirkət Texas məhkəməsinə aktivləri və öhdəlikləri 10-50 milyard dollar arasında olan 100 mindən çox kreditorunun olduğunu bildirib.
“Biz əsasən maliyyə cəhətdən zəifliyimizi aradan qaldırmaq və əsas əməliyyat gücümüzdən faydalanmaq üçün “Chesapeake”nin kapital strukturunu və fəaliyyətlərini tənzimləyirik”, - deyə şirkətin icraçı direktoru Doug Lawler deyib.