Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılan “Öz Müştərini Tanı” (E-KYC) sistemi 2023-cü ildə istismara veriləcək.
FED.az xəbər verir ki, Azərbaycan banklar Assosiasiyasından (ABA) verilən məlumata görə, sistemin ilkin konsepsiyası ABA-nın üzvlərinə təqdim edilib.
Cari ildə E-KYC sisteminin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
“E-KYC sistemi”nin yaradılması “2021-2023-cü illər üçün Rəqəmsal Ödənişlər Strategiyası”nda nəzərdə tutulan tədbirlərdən biridir ki, bu da “öz müştərini tanı” siyasətinin effektiv təmin edilməsi məqsədini daşıyır. (Apa)