Belçikalı tədqiqatçıların üzərində işlədiyi cihaz dünyanın iki böyük dərdinə çarə olacaq. Tədqiqatçılar iddia edir ki, cihaz havadakı çirki təmizləyib, alternativ enerji istehsal edəcək.
FED.az xəbər verir ki, Belçikanın Leuven və Antverpen universitetlərində çalışan mütəxəssislərin birgə araşdırmaları nəticəsində dünyanı narahat edən iki mühüm problemə çıxış yolu tapılıb.
Praktik çıxış yolu olan cihaz iki hissədən ibarətdir. Cihazın içərisində nano materiallardan hazırlanmış xüsusi bir pərdə var. Çirkli hava bu pərdədən keçdikdə, pərdədəki katalizatorlar hidrogen qazı yaradaraq həm havanı təmizləyir, həm də alternativ enerji yaradır.
Tədqiqatçılar, cihazı enerji istehsal edən günəş panellərinə bənzədirlər. Cihazı istifadə etmək üçün xüsusi heç nə etməyə ehtiyac yoxdur. Necə ki, günəş panelləri günəş şüaları düşdükdə avtomatik enerji istehsal edir, eləcə də cihaz təmiz hava və enerji istehsalına həssaslıqla işə düşür.
İki texnologiya arasındakı tək fərq enerjinin birbaşa avadanlıqda istehsal edilməməsidir. Hidrogen ayrı bir nöqtəyə ötürülərək yanacaq halına gətirilir.
Cihazın ən mühüm tətbiq ediləcəyi sahə nəqliyyat olacaq.
Araşdırma qrupunun rəhbəri professor Sammi Verbrugen hələlik cihazın kiçik ölçüdə olduğunu deyib. Lakin sənaye üçün cihazın ölçülərinin dəyişdirilməsində heç bir problemin olmadığını da qeyd edib.
Publika.az