Dövlətin satınalma öhdəliyi ilə bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə ümumi investisiyanın minimum məbləği müəyyənləşib.
FED.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, minimum məbləğ 30 milyon manat təsdiq edilib.