Azərbaycanın Xəzər sektorunda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktı olacaq.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində deyib.