2023-cü ildə Azərbaycanın xidmət sektorunda artım 7%, 2024-cü ildə isə 7,5% səviyyəsində proqnozlaşdırılıb.
SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi “Asian Development Outlook 2023” icmalında bildirilib.
Qeyd edilib ki, xidmətlər üzrə artım əsasən pərakəndə ticarət və nəqliyyat sektorunun inkişafı ilə bağlı olacaq, eləcə də Qazaxıstan neftinin ərazidən daşınması hesabına təmin ediləcək.
"Qazaxıstanın "KazmunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstandan neftin nəqli ilə bağlı razılığa gəlməyə yaxındır. Bu da razılaşma əldə olunarsa, nəqliyyat xidmətlərini artıracaq",- deyə AİB-in açıqlamasında bildirilib. (Apa)