Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 93%-i ötüb.
Eləcə də bax: Avropa İttifaqı Rusiya qazından - TAM AYRILIB
FED.az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Məlumata görə, hazırda qeyd olunan göstərici 93,43% təşkil edir (son sutka göstərici 0,25 faiz bəndi artıb – red.) və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 101,1 mlrd. kubmetrə yaxındır.
Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər. (Apa)