“Aİ-98” markalı benzinin alış qiyməti dəyişdikdə bu artıq bizim ölkədəki qiymətlərə də təsir edir.
Azərbaycanda “Aİ-95” markalı benzinin - Qiyməti Qalxdı
FED.az xəbər verir ki, bunu açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.
O, son dövr ərzində ölkədə “Aİ-98” super markalı benzinin satışı ilə bağlı çətinliklərin yarandığını təsdiq edib:
“Aİ-98” markalı benzinlə bağlı artıq 20 günə yaxındır ki, çətinlik yaşayırıq. Səbəb isə Rumıniyadan sifariş verdiyimiz məhsulun nəqliyyatla əlaqədar gecikməsidir. Bu məsələ isə bağlı problemlər yaşadıq. Artıq qabaqlayıcı tədbir kimi biz Gürcüstan Respublikasından məhsulun sifarişini vermişik. Aİ-98” markalı benzinin 4-5 avqust tarixlərində artıq bütün bizim məntəqələrdə satışı həyata keçiriləcək”.
Növbəti dövrdə “Aİ-98” super markalı benzinin də qiymətində artım müşahidə edilməsi ehtimalı ilə bağlı da danışan SOCAR rəsmisi qeyd edib ki, bu mənbə ölkələrdən asılı proses olacaq:
“Əgər, Rumıniya, Rusiya və digər mənbə ölkələrin birində “Aİ-98” super markalı benzinin qiyməti artarsa, bu qeyri-ixtiyari bizim ölkəmizdə də qiymətlərə təsir edəcək”.