Azərbaycanda benzinin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, bu gündən Aİ-95 premium markalı benzinin qiyməti 1.40 qəpik olub.
Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 1.25 qəpik idi.
Qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin satışı dayandırılıb.
Hələlik bunun la bağlı rəsmi açıqlama verilməyib.