Azərbaycan 2020-ci ilin birinci rübündə $11 milyon 565,57 min dəyərində 15 min 312,86 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib.
Eləcə də bax: Azərbaycan Aİ 92 benzinin idxalını - TAM DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Ötən ilin analji dövrü ilə müqayisədə “Premium Euro-95” markalı benzin idxalı say ifadəsində 2,1 dəfə, dəyər ifadəsində – 1,9 dəfə artıb.
Eyni zamanda, $11 milyon 114,36 min dəyərində (artım 83,1%) 14 min 793,48 ton benzin (artım 2 dəfə) Rusiyadan, $451,21 min dəyərində 519,39 min ton benzin – İrandan idxal edilib (ötən ilin birinci rübündə idxal olunmayıb – İF).
Beləliklə, idxalın 96,6%-i RF-nin payına düşüb.
Bundan başqa, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana $639,86 min dəyərində 748,32 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə artım say ifadəsində 3,2 dəfə, dəyər ifadəsində – 3,1 dəfə).
Həmçinin, $220,61 min dəyərində 249,9 ton «Super Euro-98» markalı avtomobil benzini Belarusdan, $53,76 min dəyərində 59,53 ton – Yunanıstandan, $201,45 min dəyərində 229,06 ton – Rusiyadan, $164,04 min dəyərində 209,83 ton – Rumıniyadan idxal olunub.
Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,1 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat təşkil edir.
“İnterfaks-Azərbaycan”