Azərbaycanın regionlarında sənaye zonalarının yaradılması məqsədilə araşdırmalar davam etdirilir.
Bu barədə İqtisadiyyat Nazirliyinin kollegiya iclasında bildirilib.
Diqqətə çatdırılıb ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və işlər 3 ay ərzində yekunlaşdırılacaq.