OPEC-in neft hasilatını gündəlik 2 milyon barrel azaltmaq barədə qərarı ABŞ-da narazılığa səbəb olub.
FED.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun noyabr ayı etibarilə gündəlik neft hasilatını 2 milyon barel azaltma qərarından narazı qaldığını açıqlayıb.
ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan və Milli İqtisadiyyat Şurasının direktoru Brayan Diz birgə yazılı açıqlamada bildirilir ki, bütün dünya qlobal iqtisadiyyatın (Rusiya Prezidenti Vladimir ) Putinin Ukraynaya hücumu ilə mübarizə apardığı bir vaxtda OPEC-in belə qərar qəbul etməsi prezident Baydeni məyus edib.
Qeyd edək ki, bu qərarına qəbul edilməsində əsas təşəbbüskarlardan biri Səudiyyə Ərəbistanı olub. Bununla yanaşı, Ağ Ev «Səudiyyə Ərəbistanı bu qərardan sonra da ABŞ-ın etibarlı tərəfdaşıdırmı?» sualına cavab vermək istəməyib.
Açıqlamada deyilir ki, enerji qiymətlərinin onsux da yüksək olması səbəbindən dünyada çətinlik yaşandığı bir vaxtda sözügedən qərar onsuz da çətinlik yaşayan aşağı və orta gəlirli ölkələrə mənfi təsir göstərəcək.
Enerji şirkətlərinə «qiymətləri aşağı salın» çağırışı
Açıqlamada bildiriir ki, ABŞ-ın ölkədə artan benzin qiymətlərini aşağı salmaq üçün əlindən gələni edir, üstəlik, prezident Baydenin göstərişi ilə Energetika Nazirliyi Strateji Neft Ehtiyatından bazara daha 10 milyon barel neft çıxaracaq.
Bayden eyni zamanda Energetika Nazirliyinə yerli neft hasilatını artırmaq üçün başqa yollar axtarmağı da tapşırıb.
«Prezident Bayden həmçinin topdan və pərakəndə neft satışı arasındakı tarixi uçurumu aradan qaldırmaq üçün Amerika enerji şirkətlərini neft qiymətlərini aşağı salmağa dəvət edir».
OPEC+ qrupunun neft qərarı
OPEC+ qrupunun energetika və neft nazirləri oktyabrın 5-də Vyanada keçirilən iclasda noyabr ayı üzrə gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəliblər.
Qlobal neft təklifinin bu səviyyədə azalmasının bazarı xeyli daraldacağı qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, Çində Kovid-19 epidemiyası nəzarət altına alındıqdan və tələbat bərpa olunduqca bazarda daralma daha da pisləşə bilər.
ABŞ-ın strateji neft ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyədədir
Mart ayındanbəri ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib.
Ağ Ev iyulun sonunda elan etdi ki, ölkə daxilində benzin qiymətlərinin aşağı düşməsinə kömək etmək üçün strateji neft ehtiyatından əlavə 20 milyon barel neft satacaq.
ABŞ administrasiyası sentyabr ayında strateji neft ehtiyatından 10 milyon barrelə qədər neft satacağını açıqlamışdı.
Bu satışlarla ABŞ-ın strateji ehtiyatında olan xam neftin nisbəti 1984-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.