Türkmənistan qazına tələbat artır, potensial alıcılar arasında Azərbaycan da var.
Nazir: "Türkiyə ilin sonuna qədər 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq"
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) proqnozunda bildirilib.
Hesabata görə, yaxın illərdə Türkmənistan qazının ixrac imkanları genişlənə bilər. Bu artım Çin ilə yeni bağlanmış qaz ixracı sazişi, 2025-ci ilin fevralında Türkiyə ilə imzalanmış qaz təchizatı razılaşması, eləcə də İran, İraq və Azərbaycanın artan qaz tələbatı ilə əlaqələndirilir.
Bildirilir ki, Türkmənistan və ÇXR arasında “Qalkınış” qaz yatağının inkişafı çərçivəsində dördüncü qaz kəmərinin inşası ilə bağlı danışıqlar aparılır. Layihə reallaşacağı halda, ÇXR-ə ixrac gücü hazırkı 40 milyard kubmetrdən 65 milyard kubmetrə qədər arta bilər. (Apa)