Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyulun 1-dək təqribən 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Azərbaycan neft emalını artırıb
Bu barədə FED.az Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, AÇG-dən 535 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.(report)