İstismara veriləndən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan 505 mln. ton neft, 168 mlrd. kubmetr qaz hasil edilib.
Eləcə də bax: Azərbaycanın ən böyük neft sahəsindən - HASİLAT AZALIB
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bu ilin I rübündə AÇG-dən hasil edilən neftin həcmi 6,4 mln. ton, qazın həcmi isə 3,5 mlrd. kubmetr təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.