Bu ilin yanvar-mart aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə əsasən SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 0,9 milyard kubmetr səmt qazı ötürülüb.
FED.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 0,2 milyard kub metr və ya 28,6% çoxdur.
Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 11 milyon kubmetr qaz verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 milyon kub metr, başqa sözlə 48,6% çoxdr.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.