ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,5 milyon barrel (1,3 faiz) azalaraq 475,4 milyon barrelə enib.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, bazar proqnozları isə ehtiyatların 2,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 1,5 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları son 18 həftənin 15-də azalıb.
Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 3,4 milyon barrel (1,5 faiz) azalaraq 231,7 milyon barrelə enib. Bazar proqnozları isə 1,4 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,5 milyon barrel azalmışdı.