ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,4 milyon barrel azalaraq 457,8 milyon barrelə enib.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 3,3 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 8 həftədir ki, azalıb.
ABŞ-da xam neft emalı zavodlarının qəbul göstəriciləri isə əvvəlki həftəyə görə sutkada orta hesabla 264 min barrel artaraq gündəlik 17,7 milyon barrel olub. Keçən həftə ölkədə neft emalı zavodlarının fəaliyyət göstəricisi 96,6 faiz təşkil edib.
Ölkədə benzin istehsalı ötən həftə gündəlik orta hesabla 10,6 milyon barrel artıb. Distillə edilmiş yanacaq istehsalı isə təxminən 5,1 milyon barrel azalıb.
ABŞ-ın xam neft idxalı ötən həftə gündəlik orta hesabla 885 min barrel azalaraq sutkada 7,9 milyon barrelə çatıb.
Son dörd həftədə istehsal edilən ümumi məhsullar gündəlik 21,2 milyon barreldən çox olub ki, bu da ötən ilin eyni dövründəkindən 3,4 faiz çoxdur.