Fevralın 18-dən 24-nə qədər davam həftə ərzində ABŞ-ın xam neft ehtiyatları 2,5 mln. barel artıb.
Rusiya mətbuatının yazdığına görə, bu barədə Amerika Neft İnstitutu (APİ) məlumat yayıb.
Bu, analitiklərin proqnozlarından 500 min barel azdır.
APİ-nin hesabatı ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün açıqlayacağı rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur. EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 3 mln. barel artım nümayiş etdirməli, benzin ehtiyatları 0,4 mln. barel, distillat ehtiyatları isə 1 mln. barel azalmalıdır.
Qeyd edək ki, APİ-nin hesabatı dünyü bazarında "Brent" markalı neftin qiymətinin 2,66% artaraq 56,7 dollar/barelə çatmasına səbəb olub. Bu gün açıqlanması gözlənilən EİA hesabatı və martın 3-də açıqlanacaq "Baker Hughes" şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək.