ABŞ-ın İrana qarşı sanksiyaları cümə axşamından, nəhayət ki, tətbiq olunduğu gündən yarım il sonra tam qüvvəsi ilə işə düşəcək.
FED.az TASS-a istinadən xəbər verir ki, Vaşinqton mayın 2-dən İran neftinin idxalına müvəqqəti icazənin müddətini uzatmamaq qərarına gəlib.
Eləcə də bax: Bakıdakı İran bankı: «Çalışırıq dollardan istifadə etməyək» - MÜSAHİBƏ
Qərar artıq neftin qiymətinin bir barel üçün 75 dollardan yuxarı qalxmasına səbəb olub, lakin OPEK+ sazişinin iştirakçı ölkələrinin Tehrana qarşı sanksiyalar səbəbindən bazarda yarana biləcək istənilən boşluğu öz neftləri ilə dolduracaqlarına dair bəyanatları bazarı sakitləşdirib. Bununla yanaşı, Birləşmiş Ştatların özü də bazarda yanacaq defisitinə yol verməyəcəyini vəd edib.
Eləcə də bax: Bakıda İran Bankının binasını söküb – PULUNU VERMƏYİBLƏR
ABŞ-ın İrandan neft alışına dair tam qadağası - QÜVVƏYƏ MİNİR
09:22
2 May 2019