Energetika

ABŞ-ın enerji şirkətləri - İFLAS HƏDDİNƏ ÇATIB

ABŞ-ın enerji şirkətləri - İFLAS HƏDDİNƏ ÇATIB | FED.az
15:15 23 Aprel 2020

ABŞ-ın enerji sənayesi (neft yataqlarının inkişafı, hasilat, enerji istehsalı sahələrində işləyən şirkətlərdən tutmuş boru kəmərlərinin sahiblərinədək) iflas təhlükəsi ilə üzləşib.

Eləcə də bax: ABŞ-da neft hasilatı üç həftədir ki, azalıb

FED.az xəbər verir ki, bu barədə "Reuters" bankirlərə və sənayedə çalışan vəkillərə istinadən xəbər verir.

ABŞ-ın şist neft istehsalçıları, neft emalçıları və boru kəmərləri şirkətləri dünyanın hər yerində olduğu kimi, büdcələrindəki boşluqları aradan qaldırmaq üçün yeni kreditlər axtarır, lakin neft bazarında tələbin enməsindən, dözülməz hala gələn iflas proseduraları və borcların restrukturizasiyası ilə üzləşir.

 

Məlumata əsasən, digər ölkələrdən fərqli olaraq, ABŞ-da neft hasilatı tələb, bank kreditləri və investorların sərmayələrindən çox asılıdır. ABŞ-da yanacağa tələbat 25% azalıb və bu azalma bir ildən çox davam edə bilər. Tələbatın azalması bazar ertəsi günü ABŞ neftinin birja qiymətinin mənfi göstəricisinə gəlməsinə səbəb olub. Bu, ABŞ-ın neft şirkətləri tərəfindən hasilatın azaltdılması və kreditorlardan borclarının restrukturizasiyasına dair müraciətlərindən sonra baş verib.

Apa

Digər xəbərlər

Banner