Ş-da xam neft ehtiyatları ötən həftə 1,7 milyon barrel azalıb.
FED.az Azertag-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ölkədə xam neft ehtiyatlarının ötən həftə 0,3 faiz azalaraq 511,5 milyon barrelə geriləyib. Bazar proqnozları isə ehtiyatların 2,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə xam neft ehtiyatları 3,3 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-da xam neft ehtiyatları son 10 həftənin 8-də azalıb.
ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 684,6 milyon barrel təşkil edib. Ölkədə benzin ehtiyatları isə sözügedən həftə 2,1 milyon barrel (0,9 faiz) artaraq 242,4 milyon barrelə çatıb. Bazar proqnozları benzin ehtiyatlarının 0,4 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,3 milyon barrel artmışdı.
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 12 min barrel artaraq sutkada 9,33 milyon barrelə çatıb. Beləliklə də, ABŞ-ın xam neft hasilatı son 17 həftənin 15-də artım göstərib. Ölkənin xam neft idxalı hesabat həftəsində əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 316 min barrel azalaraq sutkada 8,02 milyon barrelə geriləyib. Xam neft ixracı isə gündəlik orta hesabla 165 min barrel artaraq sutkada 722 min barrelə çatıb.