ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı dekabrın 3-dən 9-dək 27 ədəd və ya 4,52% artaraq 624-ə çatıb.
ABŞ-ın "Baker Hughes" şirkətinin verdiyi məlumata görə, hesabat həftəsində aktiv neft quyularının sayı 21 ədəd və yaxud 4,4% artaraq 498 ədəd, qaz quyularının sayı 6 ədəd və yaxud 0,85% artaraq 125 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 26 ədəd və yaxud 4,96%, qaz quyularının sayı isə 60 ədəd və yaxud 32,4%, ümumilikdə isə neft-qaz quyularının sayı 85 ədəd və yaxud 11,99% azalıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu ilin mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 97,5% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 61,2% aşağıdır.