ABŞ-da benzin və dizelin pərakəndə satış qiymətləri yay mövsümü ərəfəsində rekord səviyyəyə çatıb. Bu artımın son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparmağa çalışan FED və fəaliyyəti tənqid edilən ABŞ prezidenti Co Bayden üçün əhəmiyyətli problem ola biləcəyi ifadə edilir.
Eləcə də bax: ABŞ Rusiyaya mühərrik ixracına qadağa - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, benzinin orta qiyməti qallon üçün 4,374 dollara, dizelin qiyməti isə qallon üçün 5,50 dollara çatıb və rekord qırıb. Bildirilir ki, artım dünyanın ən böyük iqtisadiyyatı üçün daha çox inflyasiya təzyiqi deməkdir.
Bu hesabla ABŞ-da benzinin qiyməti bahalaşmadan sonra, 1,15 dollar, ya da 1,96 manata bərabərdir.
ABŞ-da yay səyahətlərini təsvir etmək üçün istifadə edilən "sürücülük mövsümünün" üç həftədən sonra başlaması gözlənilir.
Rusiyanın Ukraynaya müdaxiləsi, pandemiyanın təsirlərindən sağalan iqtisadiyyatlarda tələbin artdığı bir vaxtda neft tədarükünü riskə atıb. Bu proseslər, Bayden administrasiyasının qiymətləri aşağı salmaq səylərinə mənfi təsir edib, o cümlədən, yanacaqlarından tutmuş ərzaq qiymətlərinə qədər demək olar ki, hər şeyin qiymətinin artmasına səbəb olub.
Amerikalıların bu il 2021-ci ilə nisbətən daha çox səyahət edəcəkəri gözlənilir, baxmayaraq ki, benzin qiymətlərinin artması bəzi səyahətləri məhdudlaşdıra bilər. Enerji İnformasiya Administrasiyasının ötən ay açıqladığı məlumatlara görə, ölkədə avtomobil istifadəçilərinin aprel-sentyabr aylarında keçən ilə nisbətən 0,8 faiz artımla gündəlik 9,2 milyon barrel benzin istifadə edəcəkləri gözlənilir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.