ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı mayın 12-dən 18-dək 16 ədəd və ya 1,81% artaraq 901-ə çatıb.
ABŞ-ın "Baker Hughes" şirkətinin məlumatına görə, hesabat həftəsində aktiv neft quyularının sayı 8 ədəd və yaxud 1,12% artaraq 720 ədəd, qaz quyularının sayı 8 ədəd və yaxud 4,65% artaraq 180 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1-ə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 402 və yaxud 126%, qaz quyularının sayı isə 95 ədəd, yaxud 112%, ümumilikdə isə neft-qaz quyularının sayı 497 ədəd və yaxud 123% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,28 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 55,2% aşağıdır.