Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% - 322,509 min teracoula qədər artırıb.
Dünya Bankı Avropada qazın qiyməti üzrə - PROQNOZUNU DƏYİŞİB
FED.az xəbər verir ki, Aİ-nin Statistika İdarəsindən (Avrostat) verilən məlumata görə, hesabat dövründə Aİ ölkələri Azərbaycandan 4,179 milyard avro dəyərində (ildən ilə azalma 2,1 dəfə) qaz idxal edib.
Avqustda Aİ ölkələri Azərbaycandan qaz idxalını 4,5% - 40,31 min teracoula qədər artırıb və bu məqsədlər üçün 327,457 milyon avro (ildən ilə azalma 5,3 dəfə) yönəldib.
Xəbər verildiyi kimi, Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. (İnterfaks-Azərbaycan)