ABŞ-ın İrana qarşı sanksiyaları və İranın neft satışına qadağa səbəbindən neftin kəskin bahalaşması gözlənilsə də, bunun əksi baş verib. FED.az xəbər verir ki, ABŞ-da neft və yanacaq ehtiyatları ilə bağlı aəıqlanan son statistika nəticəsində neft kəskin ucuzlaşıb.
ABŞ-da neft ehtiyatlarının 9,9 milyon barel artdığı açıqlanıb ki, bu da 1,5 milyon barel gözlənilən proqnozlardan 6 dəfə artıqdır.
Hazırda Brent neftinin qiyməti 70,46 dollar təşkil edir, son bir gündə neft 1,5 dollar ucuzlaşıb. Üumilikdə isə aprelin 24-dən indiyədək keçən 9 gün ərzində neft 4,11 ollar və ya 5,5% ucuzlaşıb.
ABŞ-da benzin ehtiyatları da 0,9 milyon barel artıb, halbuki bu göstəricinin 1 milyon barel azalacağı gözlənilirdi. Paralel olaraq ABŞ-da neft hasilatı da artaraq rekord həddə – gündəlik 12,3 milyon barelə çatıb.
Ekspenrtlər bildirir ki, əslində bu məlumatlar fonunda neftin qiyməti daha çox enə bilərdi, amma İran və Venesuela ilə bağlı gərginlik təsirini göstərib.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU
ABŞ nefti kəskin ucuzlaşdırdı – SON QİYMƏT
07:54
3 May 2019