2022-ci ilin yanvar-iyun ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.
Eləcə də bax: Azərbaycanın qaz ixracından gəlirləri 5 dəfəyə yaxın artıb - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.
Hesabat dövründə bu ölkəyə 5 mln. 81 min 468 ton həcmində Azərbaycan nefti ixrac olunub.
Azərbaycan neftinin ikinci ən böyük alıcısı İsrail olub. Belə ki, 6 ayda İsrail 1 mln 280 min 680 ton Azərbaycan nefti alıb.
Hindistan və Böyük Britaniya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-iyunda Hindistan 959 min 146 ton, Böyük Britaniya isə 753 min 66 ton həcmində Azərbaycan nefti alıb.
Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Portuqaliya 607 min 944 ton, İspaniya 470 min 851 ton, Tunis 433 min 282 ton, Çexiya 424 min 859 ton, Ukrayna 506 min 349 ton, Almaniya 351 min 4 ton.