Bu il dünyada neftin qiyməti 55 dollar həddindən yüksək olacaq, amma 80 dollar səviyyəsinə çatmayacaq.
FED.az xəbər verir ki, bunu rusiyalı ekspert Leonid Xazanov deyib.
Eləcə də bax: Dünya birjalarında neft bahalaşıb - QİYMƏT
Ekspertin sözlərinə görə bu, onunla bağlıdır ki, bir tərəfdən OPEK+ ölkələri neft hasilatını sutkada 1,2 milyon barrel azaltmaq qərarına gəlib, amma digər tərəfdən ABŞ “qara qızıl”ın ixracatçısına çevrilərək bazar konyunkturuna təzyiq göstərir:
“Qlobal iqtisadiyyatdakı problemlər də öz rolunu oynayır. Ona görə də neftə tələbatın genişlənəcəyini gözləməyə dəyməz”.
O əlavə edib ki, qlobal neft bazarındakı vəziyyət Rusiya, Azərbaycan və Qazaxıstanda vergi gəlirlərinin həcminə və dinamikasına təsir edəcək.