SOCAR-ın “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilmişdir. Quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.
''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib
14:42
7 Mart 2017