''Günəşli” yatağında əlavə 4 quyunun qazılması üçün 11 saylı Dərin Dəniz Özülündə aparılan yenidənqurma işləri uğurla davam etdirilir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılmış, texnoloji xətlər çəkilmişdir. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılmışdır. Obyektdə işlər başa çatmaq üzrədir.
Qeyd edək ki, əlavə qazılacaq yeni quyuların hər birindən sutkada sutkada 80 ton neft və 10 000 kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.
''Günəşli”dəki 11 saylı özüldə əlavə 4 quyu qazılacaq
12:59
16 May 2017