Rusiya Mərkəzi Bankı 2020-ci il üçün “Urals” markalı neftin bir barelinin orta illik qiymətləri ilə bağlı proqnozunu 55 ABŞ dollarından 27 ABŞ dollarına qədər endirib.
FED.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Mərkəzi Bankının İdarə Heyətinin illik iclasına istinadən açıqlanan orta müddətli proqnozu ilə bağlı hazırlanan hesabatda deyilir.
Hesabata əsasən, 2021-ci ildə Rusiya Mərkəzi Bankı ilkin baza ssenarisində “Urals” markalı neftin illik qiymətinin əvvəlki fevral versiyasına görə hər barel üçün 50 ABŞ dolları əvəzinə 35 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
2022-ci ildə Mərkəzi Bank neftin qiymətləri ilə bağlı proqnozunu əvvəlki proqnoza görə 50 ABŞ dolları əvəzinə 45 ABŞ dolları səviyyəsində olacağını bildirir.
Report