Türkiyədə dünyada 5-ci ən böyük su elektrik stansiyası açılıb – 2,5 milyon evə işıq verəcək.
Türkiyənin Artvin bölgəsində yeni inşa edilmiş, böyüklüyünə görə ölkədə birinci, dünyada beşinci yerdə olan “Yusifəli” su anbarı və su elektrik stansiyasının (SES) açılışı olub.
FED.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan yeni SES-in illik 1 milyard 900 milyon kilovat-saat enerji istehsalı ilə Türkiyə iqtisadiyyatına 5 milyard lirə əlavə dəyər qazandıracağını bildirib.
Qeyd edək ki, “Yusifəli” SES-in tikintisinə 2018-ci ildən başlanılıb. Onun bəndinin qövsvari uzunluğu 275 metrdir və su anbarı ümumilikdə 4 milyon kubmetr su tutur.
Qeyd edək ki, «Dar vadinin gizli xəzinəsi» adlandırılan bəndin tikintisinə 21 dekabr 2012-ci ildə başlanılıb.
«Yusufəli Anbarı və Su Elektrik Stansiyası 100 mərtəbəli göydələnə bərabər olan 275 metr hündürlüyü ilə ölkəmizdə birinci, dünyada isə öz sinfində 5-cidir», - deyə Ərdoğan bildirib.
Su anbarı çərçivəsində ümumilikdə 69,2 kilometr uzunluğunda yol çəkilib. SES elektrik istehsalına başlayandan sonra ildə təxminən 4,1 milyard türk lirəsi gəlir gətirəcək. Bundan başqa ətraf bölgələrdə suvarma şəraiti yaxşılaşacaq. Ölkə üzrə istehsal olunan elektrik enerjisinin 2 faizi “Yusifəli” SES-in payına düşəcək. Yeni Su Elektrik Stansiyası gündə azı 2,5 milyon ev və 750 min TOGG avtomobilinin enerji ehtiyacını ödəyə biləcək səviyyədədir.
Yeni stansiya təkbaşına Antalya böyüklüyündə bir şəhərin elektrik ehtiyacını təkbaşına ödəmək gücündədir.
Yeni stansiyasının tikintisi nəticəsində Yusifəli kəndi başqa əraziyə köçürülüb. Yeri gəlmişkən, bu Yusifəlinin son 150 ildə 7-ci köçü olub. Əvvəlkindən 2 dəfə böyük əraziyə malik kənd sıfırdan yenidən tikilib.
Yeni stansiyanın gücü 558 meqavatdır, burada ildə 1 milyard 900 milyon kilovat-saat enerji istehal olunacaq. Bütün bunların qurulmasına 34 milyard lirə xərclənib.