2028-ci ildən keçirilməsi planlaşdırılan bərpaolunan enerji hərraclarının ümumi həcmi, eləcə də enerji mənbələri üzrə bölgüsü ölkənin enerji sisteminin inkişaf perspektivləri nəzərə alınmaqla müəyyən ediləcək.
Azərbaycanda günəş panellərinin quraşdırılmasına 210 min manat güzəştli kredit ayrılıb
FED.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, bu zaman elektrik enerjisinə tələbatın proqnozları, ötürücü şəbəkənin qəbuletmə imkanları və enerji sisteminin balanslaşdırılması tələbləri əsas götürüləcək.
“Bu məqsədlə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatı” aparılır. Tədqiqat çərçivəsində PLEXOS simulyasiyaları tamamlanmış, müxtəlif bərpaolunan enerji və enerji saxlanc sistemləri (BESS) güc kombinasiyalarını əhatə edən 22 ssenari üzrə hesablamalar aparılıb. Hesabatın yekunlaşmasından sonra hərraca çıxarılacaq güclərin həcmi, yerləşmə əraziləri və mərhələlər üzrə bölgüsü dəqiqləşdiriləcək”,- deyə C.Abdullayev qeyd edib. (Azərtac)













