Bu gün enerji sektoru dünya iqtisadiyyatlarına təsir edən mühüm amilə çevrilib. Bu kontekstdə enerji ehtiyatlarının istehsalı və ticarəti qlobal iqtisadi tarazlıqları müəyyən edən kritik elementlərdən biri kimi önə çıxır.
Xüsusilə, neft enerji sektorunda lider və qlobal ticarətdə əsas oyunçulardan biri kimi seçilir. Azərbaycan neft ehtiyatları ilə zəngin olan ölkələr sırasındadır və xaricə neft və neft məhsulları ixrac edir.
FED.az Azərbaycanın 2011-ci ildən bəri xam neft ixracı üzrə gəlirlərini araşdırıb. Qeyd olunan zaman aralığında ən yüksək gəlir 2011-ci ildə əldə edilib. Belə ki, 2011-ci ildə xam neft ixracından 22 milyon 911 min dollar həcmində gəlir əldə edilib.
Ən az gəlirlilik isə 2016-cı ilə təsadüf edir, həmin il xam neft ixracından ölkəyə cəmi 6 milyon 504 min dollar gəlir daxil olub.
2022-ci ildə dünyada neftin bahalaşması səbəbindən Azərbaycanın neft gəliləri də kəskin şəkildə – 6,2 milyard dollar artaraq 19,5 milyard dollara yüksəlib.
2023-cü ildə isə gəlirlər yenidən azalmağa başlayıb və 3,2 milyard dollar və ya 16% aşağı düşərək 16,2 milyard dollar olub.
İllər |
Xam neftin ixrac dəyəri (min ABŞ dollar) |
Əvvəlki ilə nisbətən artım/azalma rəqəmlə (min ABŞ dollar) |
Əvvəlki ilə nisbətən artım/azalma faizlə |
2011 |
22 911 045 |
4 421 491 |
23.91% |
2012 |
20 232 598 |
-2 678 447 |
-11.69% |
2013 |
20 244 053 |
11 455 |
0.06% |
2014 |
18 404 937 |
-1 839 116 |
-9.08% |
2015 |
8 866 159 |
-9 538 778 |
-51.83% |
2016 |
6 504 517 |
-2 361 642 |
-26.64% |
2017 |
10 706 818 |
4 202 301 |
64.61% |
2018 |
15 719 482 |
5 012 664 |
46.82% |
2019 |
14 814 133 |
-905 349 |
-5.76% |
2020 |
9 363 571 |
-5 450 562 |
-36.79% |
2021 |
13 218 936 |
3 855 365 |
41.17% |
2022 |
19 483 624 |
6 264 688 |
47.39% |
2023 |
16 240 830 |
-3 242 794 |
-16.64% |