2023-cü ilk üçün Azərbaycanda neft (qaz kondensatı ilə birlikdə) hasilatı 31,2 milyon ton səviyyəsində proqnozlaşdırılır.
Azərbaycanda neft hasilatı 5,5 faiz azalıb, qaz hasilatı isə - 8 FAİZ ARTIB
FED.az xəbər verir ki, proqnozlara görə, “2023-cü il üçün Azərbacanda neft (qaz kondensatı ilə birlikdə) hasilatı 2022-ci il üçün 32,7 milyon tona qarşı 31,2 milyon ton səviyyəsində proqnozlaşdırılır. Yəni, cari il neft hasilatında azalma 4,6% təşkil edəcək”.
Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsindən məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 29 milyon 911,9 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,4% azdır.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%) hasil edilib. (İnterfaks-Azərbaycan)