Heydər Əliyev adına Neft Emalı Zavodunda 2021-ci il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 94,4 faiz təşkil edib, əmtəəlik neft məhsullarının 74 faizi daxili bazara, qalan 26 faizi isə ixraca yönəldilib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilib.
Zavodda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun dizel yanacağının 2022-ci ildə, benzin yanacağının isə 2023-cü ildə istehsalı nəzərdə tutulub. (Azərtac)