2022-ci ildə SOCAR şirkətinin əməliyyatlardan gəlirləri 24 milyard 268 milyon manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 38,1% çoxdur.
SOCAR-ın yeni gəlir və mənfəəti - REKORD VURDU
FED.az xəbər verir ki, SOCAR-ın 2022-ci il ərzində birləşdirilmiş maliyyə hesabatına əsasən, ötən il ərzində şirkətin bütün gəlirlərinin 20,4%-i Türkiyənin payına düşüb.
Ötən il SOCAR-ın gəlirlərinin əksər hissəsi İsveçrədə fəaliyyətinin payına düşüb – 77 milyard 647 milyon manat və ya şirkətin ümumi gəlirlərinin 65,1%-i (artım 74%).
2022-ci ildə Azərbaycanda əməliyytlardan SOCAR-ın gəlirləri 11 milyard 71 milyon manat (artım 41,9%), BƏƏ-də - 1 milyard 897 milyon manat (azalma 35,4%), Gürcüstanda – 1 milyard 625 milyon manat (artım 31%), digər ölkələrdə - 2 milyard 720 milyon manat (azalma 19%) təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə SOCAR-ın gəlirləri 119 milyard 228 milyon manat (artım 53,8%) təşkil edib.
Hazırda SOCAR Turkiye Enerji şirkəti Petkim Petrokimya Holding neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinin sahibidir (51%). O cümlədən, şirkət Türkiyədə “STAR” NEZ-in tikintisini həyata keçirir. O cümlədən, konteyner terminalı, külək elektrik stansiyasının tikinti layihəsini reallaşdırıb və daxili bazara qaz tədarükü, həmçinin neft yataqlarının kəşfiyyatı işləri ilə məşğul olur.
SOCAR İsveçrədə neft məhsullarının pərakəndə satışı ilə məşğuldur və SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. SOCAR-ın “Ecco Schweiz GmbH” şirkətinin səhmlərini almasına dair müqavilə 16 noyabr 2011-ci il tarixində Sürixdə imzalanıb. Səhmlərin alınması SOCAR-a ümumilikdə $330 milyona başa gəlib.
“SOCAR Trading” şirkətinin mənzil-qərargahı da Sürixdə yerləşir. (İnterfaks-Azərbaycan)