2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində təbii qaz idxal ediblər.
S&P Türkiyədəki zəlzələnin Azərbaycandan neft tədarükünə təsirini qiymətləndirib
FED.az xəbər verir ki, bu barədə Avrostatın materiallarında deyilir.
Statistik məlumatlara əsasən, 2021-ci ildə Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyər həcmi 3 milyard 892 milyon 233,012 min avro təşkil edib.
Beləliklə, 2022-ci il ərzində Azərbaycanda qaz alışına xərclər təxminən 4 dəfə artıb.
2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 13 milyard 253 milyon 515,481 min avro (il ərzində artım təxminən 3,9 dəfə), Yunanıstan – 1 milyard 962 milyon 325,8 min avro (artım təxminən 4,2 dəfə), Bolqarıstan – 383 milyon 11,6 min avro (il ərzində artım təxminən 8 dəfə) sərf edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb.Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. (İnterfaks-Azərbaycan)