"2020-2021-ci illərdə neftin bir barelinin orta qiyməti 40 ABŞ dolları civarında olacaq, lakin bədbin ssenariləri də istisna etmək olmaz".
FED.az "APA"ya istinadən xəbər verir ki, bunu "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq video-konfransda Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft və Minerallar Universitetinin departament rəhbəri Şafi Aldamer deyib.
Onun sözlərinə görə, bədbin ssenarilərdə qlobal neft qiymətləri hətta 30-20 dollar səviyyəsinə də enə bilər və belə bir azalmanın əsas drayverləri COVID-19 pandemiyası və siyasi aspektlər ola bilər.
Ş. Aldamer OPEC və "OPEC+" ölkələrinin öhdəlikləri tam yerinə yetirilməsinə və əməkdaşlıq edəcəklərinə inandığını və bunun yaxşı nəticələrə gətirəcəyinə ümid etdiyini deyib. Onun fikrincə, hazırda neftin ideal qiyməti 60 dollardır və bu, ölkələrin çoxunu qane edərdi.