Noyabrın 15-dən ölkədə istilik mövsümü başlayır. Respublikanın dağ rayonlarında isə bu prosesə artıq noyabrın 1-dən başlanılıb.
FED.az xəbər verir ki, bu barədə noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
O bildirib ki, 190 min mənzil, 160 səhiyyə obyekti və yüzlərlə təhsil ocağı istiliklə təmin olunacaq: “Sistem tam olaraq qış mövsümünə hazırdır. ASC hazırda gücləndirilmiş iş rejimində çalışır”.
Azərtac