On Avropa şirkəti qazın ödənişini rublla etmək üçün “Qazprombank”da hesab açıb.
Eləcə də bax: Rublla ödəniş etmədiyinə görə, Rusiya bu ölkələrə - QAZ SATIŞINI DAYANDIRIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, kredit təşkilatı rahat və texnoloji cəhətdən qabaqcıl ödəniş üçün hər cür şərait yaradacaq.
Xatırladaq ki, martın 31-i Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti haqqında fərman imzaladığını açıqlayıb. Rusiya aprelin 1-indən rublla ödəniş olunmasa, dost olmayan ölkələr qaz müqavilələri üzrə öhdəliklərini yetirə yetirməmiş sayılacaq.
Rusiya qazının alışı üzrə mövcud müqavilələr rublla ödənişdən imtina edildiyi təqdirdə dayandırılacaq.
Aprelin 27-si “Qazprom” Bolqarıstanın “Bulqarqaz” və Polşanın “PGNiG” şirkətlərinə rublla ödəniş edilmədiyi üçün qazın nəqlini tamamilə dayandırıb.