Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Dövlət Xidmətindən restoranlara - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən 4 zeytun ağacının sərt budandığı müəyyən edilib.
"Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”.