Zaqatala rayonunda leysan fəsadlar törədib.
FED.az xəbər verir ki, ötən gün axşam saatlarından bölgədə davam edən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.
Aramsız yağan yağışlar çaylarda suyun səviyyəsini artırıb.
Güclü külək nəticəsində rayonun Fındıqlı kəndində ağaclar və elektrik dirəkləri aşıb, yağış suları həyətlərə və təsərrüfatlara dolub. (Report)