Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Azərbaycanda ən yüksək və ən aşağı - MAAŞ ÖDƏYƏN BANKLAR – SİYAHI, MƏBLƏĞLƏR
Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 35-38° isti, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 748 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65 , gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti,dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 20-23° isti, gündüz 25-30° isti olacaq.