“Azərbaycanda gələn ilin yanvar ayında dağlıq və dağətəyi rayonlarda şaxtalı və qarlı günlərin sayı azalacaq”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.
O bildirib ki, adətən yanvar ayında Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur.
U.Tağıyeva qeyd edib ki, son 30 ildə yalnız bir dəfə 2008-ci ildə mənfi (-1,4) orta minimal temperatur qeydə alınıb: “Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir”.