Banner

Ekologiya

Yağmurlu, küləkli, şaxtalı - SABAHIN HAVASI

Yağmurlu, küləkli, şaxtalı - SABAHIN HAVASI | FED.az
12:47 8 Dek 2017

Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən FED.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 % , gündüz 50-55 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 1-6°, yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Digər xəbərlər

Banner