Ekologiya

Yağışlar anbarlarda suyun artmasına səbəb olub - RƏSMİ

Yağışlar anbarlarda suyun artmasına səbəb olub - RƏSMİ | FED.az
13:07 26 Avq 2020

Son günlər şimal rayonlarına yağan yağışlar anbarlarda suyun səviyyəsinin artmasına səbəb olub.

Eləcə də bax: Kürün suyu artıb - RƏSMİ

FED.az xəbər verir ki, bunu  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimov bildirib. Onun sözlərinə görə, həmin bölgələrdə çaylardan keçən sel suları sonda anbarlara töküldüyündən bu artım qeydə alınıb:

"Taxtakörpü su anbarına son günlərdə saniyədə 8 kubmetr su gəlirdisə, yağıntılardan sonra bu göstərici saniyədə 40 kubmetr olub. Bundan əlavə Taxtakörpü su anbarı bildiyimiz kimi Bakı, Abşeron yarımadası və Sumqayıt şəhərinin əsas su mənbəyi olan Ceyranbatan su anbarını qidalandırır. Ceyranbatan su anbarında da ötən illərə nisbətən suyun azalması qeydə alınırdı, ancaq yağıntıların bu anbara da müsbət təsiri oldu. Düzdür, yağışlar çox az müddətdə, 3 gün davam etdi, bir az da çox yağsaydı, daha yaxşı nəticə əldə edə bilərdik”.

Q.Kərimov qeyd edib ki, şimal-qərb çayları Balakənçay, Kürmükçay, Kişçay, Daşağıl çayından sel suları keçib: “Həmin çayların üzərində su anbarları olmasa da, onlar da dolayı yollarla Mingəçevir su anbarına tökülürlər”. (Trend)

Digər xəbərlər

Banner